Malayziyanın yeni Baş naziri Ənvər İbrahim xərcləri azaltmaq üçün ona verilən premium “Mercedes S600” avtomobilindən imtina etmək qərarına gəlib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində yazıb.
“Mersedes S600-dən imtina etmək qərarına gəldim. İşimin əlavə xərclərə səbəb olmasını istəmirəm. Bu avtomobilin əvəzinə administrasiyamın sərəncamında olan istənilən başqa nəqliyyat vasitəsindən istifadə edəcəyəm”, – Baş nazir vurğulayıb.
Məlumata görə, noyabrın 25-də Malayziyanın Baş naziri kabinetindəki nazirlərin sayını və onların maaşlarını azaltmağı planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, noyabrın 19-da Malayziyada seçkilər keçirilib. Noyabrın 24-də Malayziya kralı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah “Pakatan Harapan” (“Ümid Alyansı”) koalisiyasının rəhbəri, Baş nazirin sabiq müavini Ənvər İbrahimi ölkənin yeni hökumətinin başçısı təyin edib.
İqbal Rzayev,
KONKRET.az