Rusiya dəfələrlə NATO ölkələrinə hücum etməyəcəyini və belə bir addımın məntiqli olmadığını bəyan etsə də, Danimarkanın baş naziri Frederiksen maraqlı etiraf edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen Rusiyanın mümkün hücumu qorxusuna görə üç günlük konservləşdirilmiş qida və ilkin tələbat mallarını ehtiyata yığdığını bildirib.
Frederiksen qeyd edib ki, o, bu tədbirləri ölkəsində Ukraynadakı kimi münaqişənin baş verəcəyindən deyil, Rusiyadan mümkün hibrid və ya kiberhücumlara görə atıb.
Baş nazir Rusiyaya milli təhlükəsizliyə təhdid kimi baxdığını iddia edərək, öz vətəndaşlarına təhlükəsizliklərinə üstünlük vermələri barədə xəbərdarlıq edib. (Milli.az)
KONKRET.az