Baş nazir təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ÜZR İSTƏDİbackend

Baş nazir təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ÜZR İSTƏDİ

Böyük Britaniya polisi Baş nazir Rişi Sunakın avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmamasını araşdıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı hüquq-mühafizə orqanlarının bəyanatına istinadən məlumat yayıb.

“Biz bu işdən xəbərdarıq və araşdıracağıq”, – məlumatda deyilir.

Bildirilib ki, yanvarın 19-da Sunak Lankaşirdə olarkən regionun iqtisadiyyatından bəhs edən video çəkib. Videoda onun təhlükəsizlik kəmərini taxmadan avtomobilin arxa oturacağında oturduğu görünür.

Bu xəbər Britaniya mediasında yayıldıqdan sonra hökumət başçısının nümayəndəsi onun adından üzr istəyib:

“Bu, səhv qərar idi. Baş nazir qısa video çəkmək üçün kəmərini açıb. O, bunun səhv olduğunu etiraf edir və buna görə üzr istəyir”.

Qeyd edək ki, Böyük Britaniyada sürücü və ya sərnişin avtomobildə təhlükəsizlik kəmərini taxmasa, 500 funt-sterlinqə qədər cərimə ödəyəcək. Qaydadan istisnalar yalnız polis, yanğınsöndürən və xilasedicilərə aiddir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*