Baş nazir yanğın baş verən əraziyə getdi, müşavirə keçirdi – YENİLƏNDİ – FOTOLARbackend

Baş nazir yanğın baş verən əraziyə getdi, müşavirə keçirdi - YENİLƏNDİ - FOTOLAR

Baş nazir Əli Əsədov bu gün Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər.

Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar verib.

***

Xəbər verdiyimiz kimi, Neft Emalı Zavodunda yanğın baş verib.

KONKRET.az xəbər verir ki, Baş Nazir Əli Əsədov hadisə yerinə gedib.

Əli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçiribƏli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçiribƏli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçiribƏli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*