Baş nazirin evində qanunsuz miqrant işləyirmişbackend

Baş nazirin evində qanunsuz miqrant işləyirmiş

İsveç Baş naziri Maqdalena Andressonun evində yaşayış icazəsi olmayan qaçaq miqrantın təmizlik şirkəti tərkibində çalışdığı məlum olub.

KONKRET.az xəbər verir ki, həyəcan siqnalından sonra baş nazirin Stokholm yaxınlığındakı evinə basqın edən polislər 25 yaşlı qadını yaxalayıblar.

Məlum olub ki, həmin qadının yaşayış icazəsi 2020-ci ilin martında ləğv edilsə də, o, indiyədək gizlin şəkildə İsveçdə yaşayıb. Üstəlik də oğurluq faktına görə bir müddətdir ki, axtarışdadır.

Olayla bağlı açıqlama verən M.Andersson böyük təəssüf hissi keçirdiyini, qadının çalışdığı şirkətlə əməkdaşlığı dayandıracağını bildirib./axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*