Baş Prokurorluq azyaşlı ilə cinsi əlaqədə olan şəxslə bağlı hökmdən apellyasiya protesti verdibackend

Baş Prokurorluq azyaşlı ilə cinsi əlaqədə olan şəxslə bağlı hökmdən apellyasiya protesti verdi

Baş Prokurorluq Bərdə sakininin bəraət hökmündən apellyasiya protesti verib.

KONKRET.az-a bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bərdə Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) mаddəsi ilə təqsirləndirilən Bərdə rayon sakininə bəraət verilib.

Qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*