Baş redaktor vəzifəsindən ayrıldıbackend

Baş redaktor vəzifəsindən ayrıldı

ASAN Radio və ASAN TV-in baş redaktoru Elvin Dəmirli bu media qurumlarındakı fəaliyyətinə son verib.

KONKRET.az xəbər verir ki, bu barədə E.Dəmirlinin özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

E.Dəmirli ötən müddət ərzində ona etimad göstərən sədr Ülvi Mehdiyevə, direktor Emin Musaviyə təşəkkürünü bildirib.

Baş redaktor bundan sonra başqa istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, E.Dəmirli ötən ilin mayında “ASAN TV” və “ASAN Radio”ya yeni baş redaktor təyin edilmişdi.

“ASAN Radio” 2015-ci ildə, “ASAN TV” isə 2024-cü ildə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*