Rusiya-Ukrayna müharibəsində ruslar qarşı tərəfi təslim olmağa, ərazilərindən əl çəkməyə təhrik edir. Ukrayna isə təslim olmur və Qərbin köməyi ilə müqavimət göstərir. İndi hadisələr fərqli yöndə inkişaf edir. Donald Tramp daha Ukraynaya kömək etməyəcəklərini deyir. Rusiya isə yenə işğalçılıq siyasətini davam etdirir.
Hətta Rusiya rəsmləri bəzi qıcıqlandırıcı bəyanatlar verməkdən belə çəkinmirlər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Volodimir Zelenski Ukrayna şəhərlərini və mülki insanları vura, “çirkli bomba”dan istifadə edərək günahı Rusiyasnın üzərinə ata bilər. Açığı, Medvedevin bu iddiası ağılabatan deyil. Sadəcə ruslar öz ambisiyalarını davam etdirmək üçün müxtəlif variantlara əl atırlar.
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd KONKRET.az-a açıqlamasında bildirib ki, bu, Rusiyanın növbəti təxribatıdır:
“Avropa İttifaqına daxil olan bir çox dövlətlər açıq şəkildə bəyan etdilər ki, ABŞ bizimlə düşmənçilk münasibətindədir. Ukraynadkı bir çox siyasətçilər belə ayağa qalxıblar. Hətta Poroşenko bildirir ki, Zelenskinin siyasəti Ukraynanı Şimali Koreyaya döndərməkdədir. Amerika tərəfi isə verdiyi pulları geri istəyir. Onlar deyirlər ki, ya bizim indiyə kimi verdiyimiz pulu qaytarsınlar, ya da tələblərimiz yerinə yetirilməlidir. Təbii ki, Zelenski çalışır və ən azından Avropa ordusunun yaranmasını tələb edir, hansısa addımlar atmaq istəyir. Amma Avropa buna tam olaraq hazır deyil. Əgər bu, baş verərsə NATO-nun parçalanmasının şahidi ola bilərik. Hətta Aİ-nin taleyi belə sual altına düşür. İndi Ukrayna daxilində də iddialar var ki, Zelenski öz hakimiyyətini qorumaq üçün müxtəlif addımlar atacaq. Rusiya tərəfi isə iddia edir ki, Zelenski Moskvanı açıq ittiham etmək üçün öz ərazilərini bombalayar və dinc insanları öldürər. Hətta bildirirlər ki, Sumı və Xarkov vilayətləri də kapitulyasiya üçün qalib tərəfə verilsin. Əslində Avropada Zelenskinin vəziyyəti o qədər də yaxşı deyil. Çünki müharibəni bu günə qədər Qərb aparıb. İndi məlum olur ki, müharibənin sonu bunların istədiyi kimi alınmadı. Avropa müharibəyə xərclədiyi pulların hesabını tələb edəcək. Zelenskiyə sual verəcəklər ki, bu qədər dirəniş göstərməyin nəticəsi niyə belə oldu? Dolayısı ilə Avropanın özü də çətin vəziyyətdədir. Avropa Ukrayna ilə birlikdə vəziyyətdən çıxmaq üçün yollar axtarır. ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı ortaya qoyduğu mövqe Kiyev və Aİ-ni çıxılmaz vəziyyətə salıb. Ya onların təklif etdiyi sülhə gediləcək, ya da müharibə davam edəcək. Müahribənin davam etdirilməsi isə Ukrayna üçün çətin olacaq”.
Vəli Həsənoğlu,
KONKRET.az