“Baş verənlər onu göstərir ki, günahkar Arayik Arutyunyan və ətrafıdır” – Abramyanbackend

"Baş verənlər onu göstərir ki, günahkar Arayik Arutyunyan və ətrafıdır" - Abramyan

“Baş verənlər onu göstərir ki, günahkar Arayik Arutyunyan və ətrafıdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook-da yazıb.

“Azərbaycanlılar tərəfindən “Arsax” vətəndaşlarının Həkəri çayı üzərində yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqəsindən pasport və avtomobil yoxlanışı ilə necə keçdiklərini əks etdirən video paylaşılıb. Bu videoya cavab olaraq, “Arsax”ın “dövlət naziri” Qurgen Nersisyan azərbaycanlılarla görüşdüklərini qeyd edib.

Ermənistandan Qarabağa qayıdarkən keçid məntəqəsində vətəndaşlarımızı çıxılmaz vəziyyətə düşüb və onları tələblərini yerinə yetirməyə məcbur olublar.

Dərhal deməliyəm ki, Nersisyanın bu şərhi inandırıcı deyil. Çünki bir həftə ərzində mətbuatda, sosial şəbəkələrdə nəzarət-buraxılış məntəqəsi ilə bağlı minlərlə material, video və fotolar yayılıb. Həmin hissədən keçən erməni vətəndaşlar yəqin ki, bundan xəbərdar idilər.

Bütün bunlar onu göstərir ki, problem Qarabağ xalqında deyil, “Arsax” “hakimiyyət”indədir. Onların icazəsi və ya razılığı olmadan Qarabağ və ya Ermənistan qeydiyyatı olan şəxslərin Azərbaycan keçid məntəqəsinin olduğu hissəyə keçməsi istisna olunur.

Bu işdə xüsusi məsul şəxs – Arayik Arutyunyan buna aydınlıq gətirməlidir. Bu, hansı siyasi qərarla baş verib? Bununla onlar beynəlxalq ictimaiyyətə Qarabağ xalqının Azərbaycan qanunları çərçivəsində yaşamağa hazır olduğunu sübut edir”, – deyə Abramyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*