“Başqa hansı dildə demək lazımdır ki, bundan sonra Ermənistan hakimiyyəti üçün Qarabağ yoxdur?”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş üzvü Artur Qazinyan yazıb.
“Qarabağlılar tələb edirlər ki, Ermənistan hakimiyyəti “Arsax”ın gələcəyi ilə bağlı öz mövqeyini bildirsin. Ermənistanda hələ də inadla hakimiyyətdən Qarabağla bağlı öz mövqeyini bildirməyi tələb edən qüvvə və təbəqələr var.
Nəyi başa düşmürsünüz? Bu hakimiyyət konkret nəyi gizlədib ki, siz onu daim bəyan etməyə məcbur etməyə çalışırsınız?
Başqa hansı dildə demək olar ki, onlar üçün Qarabağ artıq yoxdur?. Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ onlar üçün mövcud deyil, ümumiyyətlə, Qarabağ heç vaxt olmayıb.
Artıq üç ildir ki, açıq-aşkar, ondan əvvəl də gizli şəkildə bəyan edirdilər ki, Qarabağ onlar üçün yükdür, ondan xilas olmaq, Azərbaycana təslim etmək lazımdır.
Dedikləri aydındır, uzatmadan, başa düşülən dildə bəyan ediblər. Hələ eşitmədiyiniz və ya görmədiyiniz hansı mövqeyi eşitmək istəyirsiniz?
Deməyin ki, mən xalqı, dövləti təhqir edirəm. Hamımız uzun müddət həm öz qarşımızda, həm də bütün dünyanın qarşısında təhqir olunmuş, alçaldılmışıq”, – deyə Qazinyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az