Başqasına məxsus evi satıb aradan çıxdılar: Bakı sakini aldadıldığını iddia edir – VİDEObackend

Başqasına məxsus evi satıb aradan çıxdılar: Bakı sakini aldadıldığını iddia edir - VİDEO

Bakı sakini Demyan Vladimiroviç ev alarkən aldadıldığını iddia edir.

KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki o, ev almaq üçün 8 500 manat pul verib.

Özünü rieltor kimi təqdim edən şəxs isə pulu aldıqdan sonra yoxa çıxıb.

Şikayətçinin sözlərinə görə, saytda gördüyü elan vasitəsilə İsmayıl Əsgərov ad-soyadlı rieltorla əlaqə saxlayıb. Həmin şəxs isə Demyanı ev sahibi olduğu bildirilən Mübariz Həsənovla tanış edib.

Şikayətçi bildirib ki, pulu verdikdən sonra məlum olub ki, evin sahibi başqa adamdır. Çünki o, əldə etdiyi evin damını təmir edən zaman başqa bir şəxs həmin evin ona məxsus olduğunu deyib.

Sonradan evin damına çəkilən xərc geri qaytarılsa da, rieltorlara verilən 8 500 manatı almaq mümkün olmayıb. Məsələ ilə bağlı zərərçəkən polisə də müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*