Bayden Assancı əfv etməkdən imtina etdibackend

Bayden Assancı əfv etməkdən imtina etdi

ABŞ prezidenti Co Bayden “Wikileaks”in qurucusu Culian Assancı əfv etməyi düşünmür.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin mövqeyini ifadə edən Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Xatırladaq ki, “WikiLeaks”in yaradıcısı Belmarş həbsxanasını tərk edərək Böyük Britaniyadan Avstraliyaya uçub. Jurnalistin azadlığa buraxılması barədə qərar ittiham tərəfi ilə ilkin razılıq əldə edildikdən sonra qəbul edilib. Şimali Mariana adaları məhkəməsində o, casusluqda günahını etiraf edib və işə xitam verilib.

Avstraliyanın baş naziri Entoni Albanese jurnalistin azad edilməsində göstərdikləri köməyə görə ABŞ və Böyük Britaniyaya təşəkkür edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*