ABŞ prezidenti Bayden bəzi ştatların səmasında görünən naməlum PUA-ların təhlükə yaratmadığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.”Biz bunu diqqətlə izləyirik, lakin hələlik heç bir təhlükə yoxdur. Amma həmin obyektlər mütəxəssislərin nəzarəti altındadır”. Xatırladaq ki, ötən həftə naməlum PUA-lar Nyu-Cersi və Nyu-York ştatlarının səmalarında görünüb. ABŞ-nin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi uçan obyektlərlə bağlı xəbərləri şərh edib. O bildirib ki, söhbət kommersiya və həvəskar pilotsuz uçuş aparatlarından, eləcə də insanların PUA ilə səhv saldıqları təyyarələr, helikopterlər və hətta ulduzlardan gedir. FTB amerikalılardan uçan obyektlərə atəş açmamağı xahiş edib.
Vəli Həsənoğlu,
KONKRET.az