Bayden: Rusiya bu münaqişədə qalib gəlməyəcəkbackend

Bayden: Rusiya bu münaqişədə qalib gəlməyəcək

Ukraynanın Müstəqillik Günü ilə əlaqədar ABŞ prezidenti Co Bayden yaydığı bəyanatda Kiyevə yeni yardım paketindən, Rusiyaya qarşı yeni sanksiyalardan söz açıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” nəşri yayıb.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Volodimir Zelenski ilə telefon danışığı aparıb və bu zaman ABŞ-ın Ukrayna xalqına sarsılmaz dəstəyini təsdiqlədiyini bildirib.
O vurğulayıb ki, ukraynalılar Rusiyanın dəhşətli hərbi cinayətləri və vəhşilikləri qarşısında səbirli qalıb.
“Rusiya bu münaqişədə qalib gəlməyəcək”, – ABŞ prezidentinin bəyanatında deyilir. – Müstəqil Ukrayna xalqı qalib gələcək. Amerika Birləşmiş Ştatları, müttəfiqlərimiz və tərəfdaşlarımız ona hər addımda dəstək olacaqlar”.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*