Bayden və Putin görüşü baş tuta bilərbackend

Bayden və Putin görüşü baş tuta bilər

ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazırdır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin görüş üçün əsas şərti Rusiyanın danışıqlarda ciddi iradə göstərməsidir.

Belə ki, məlumatı Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də təsdiq edib.

“Əgər Putin ciddi istək nümayiş etdirsə, Bayden onunla görüşməyə hazır olacaq”, – deyə Kirbi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*