Bayden xəstə olduğunu etiraf etdibackend

Bayden xəstə olduğunu etiraf etdi

ABŞ prezidenti Co Bayden xəstələndiyini etiraf edib.

KONKRET.az xəbər verir ki, o, yaş yarımlıq nəvəsindən zökəmə yoluxduğunu bildirib.

“Mən yaxşıyam, hər gün COVID-19 testləri edirəm… Sadəcə zökəm olan yaş yarımlıq bir nəvəm var və o, babasını öpməyi çox sevir… Bir sözlə, sadəcə soyuqdəymədir”, – deyə Bayden jurnalistlərə səhhəti ilə bağlı suallarını cavablandırarkən bildirib.

Qeyd edək ki, ABŞ prezidenti işsizliklə bağlı növbəti məlumatların dərci münasibətilə açıqlama verərkən burnunda danışıb və ara-sıra öskürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*