ABŞ-ın keçmiş prezidenti Co Bayden ölkə gündəmini silkələyən açıqlama ilə çıxış edib. O, bəzi Avropa liderlərinin hazırkı prezident Donald Trampla bağlı ondan kömək istədiyini bildirib.
KONKRET.az xəbər verir ki, “Wall Street Journal” nəşrinin məlumatına görə, Bayden bu barədə ABŞ-da yerləşən İnsan Resursları İdarəetmə Cəmiyyəti (SHRM) tərəfindən təşkil edilən konfransda danışıb.
Keçmiş prezident çıxışı zamanı Tramp administrasiyasına və onun hakimiyyətdə olduğu dövrdə beynəlxalq münasibətlərdə baş verən dəyişikliklərə toxunub.
“Səlahiyyət müddətim ərzində dəyişdirdiyimi düşündüyüm və həyata keçirmək üçün çox çalışdığım bir çox şey sürətlə dəyişir,” – deyə Bayden vurğulayıb.
O, eyni zamanda Donald Trampın vəzifəyə gəlməsindən sonra beynəlxalq siyasi balansların dəyişdiyini, bir çox ölkənin onunla razılıq əldə etdiyini də qeyd edib. Baydenin bu açıqlamaları ABŞ-da prezident seçkiləri öncəsi siyasi gərginliyin artdığını bir daha göstərir.
Aynurə İsmayıl
KONKRET.az