“Baydenin xərçəng diaqnozu sui-qəsd nəzəriyyələrinə səbəb oldu”
KONKRET.az xəbər verir ki, bu fikiri İlon Mask səsləndirib.
ABŞ-ın keçmiş prezidenti Co Baydenin prostat xərçənginə tutulduğu rəsmi olaraq açıqlanıb. Bu xəbər ictimaiyyətdə “Niyə bu günə qədər aşkarlanmayıb?” sualını gündəmə gətirib. Baydenin xəstəliyinin elan olunmasından sonra bir sıra sui-qəsd nəzəriyyələri yayılıb.
Ən çox müzakirə olunan iddialardan biri, Baydenin səhhətindən istifadə edilərək onun Kamala Harrislə əvəzlənməsi planıdır. Bu ssenariyə görə, Harris seçkisiz şəkildə prezident ola bilərdi. Məsələyə milyarder İlon Mask da münasibət bildirib və bu nəzəriyyəyə dəstək verdiyini açıqlayıb.
Aynurə İsmayıl
KONKRET.az