“Bayraktarlar” Ermənistan səmasında: Nə baş verir?backend

“Bayraktarlar” Ermənistan səmasında: Nə baş verir?

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “Bayraktar TB2” PUA-sı Ermənistanla sərhəddə uçuş həyata keçirib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Armenian Miltary Portal” məlumat yayıb.

İddialara görə, “Bayraktar”lara Boeing 737 AEW&C (Havadan Erkən Xəbərdarlıq və Nəzarət) təyyarəsi də qoşulub. Artıq bir müddətdir sərhəddə Türkiyəyə məxsus PUA-ların kəşfiyyat uçuşları həyata keçirdikləri bildirilir.

Hündürlük və uçuş marşrutu məlumatlarına əsasən, bu təyyarələr koordinasiyada hərəkət edir, Ermənistan ərazisində və regionun hava məkanında monitorinq fəaliyyəti də daxil olmaqla, sərhədyanı əraziyə hərtərəfli nəzarəti həyata keçirir.

Lakin Ermənistan tərəfinin rəsmi səviyyədə bu məsələyə heç bir münasibət bildirməməsi diqqət çəkir. Hətta sərhəd xidmətinin baş verənlərlə bağlı mərkəzi məlumatlandırdığı, lakin nazirlikdə heç bir müdaxilə edilməməsinə dair tapşırığın verildiyi deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*