Bayram günləri 32 nəfər xilas edilib, 7 meyit tapılıb – VİDEObackend

Bayram günləri 32 nəfər xilas edilib, 7 meyit tapılıb - VİDEO

Bayram günləri ərzində 14-ü azyaşlı olmaqla 32 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 154 yanğına çıxış, 28 köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*