Bayram günlərində 13 nəfər zəhərləndibackend

Bayram günlərində 13 nəfər zəhərləndi

Bayram tətili günlərində (31 dekabr- 5 yanvar) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 13 müraciət daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*