Bayram günlərində Bakıdan daşınan sərnişinlərin sayı açıqlandıbackend

Bayram günlərində Bakıdan daşınan sərnişinlərin sayı açıqlandı

5-6 iyun tarixlərində Bakıdan bölgələrə 605 reys həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bu müddətdə 20 554 sərnişin daşınıb.

Qeyd olunub ki, adi günlərlə müqayisədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 205 əlavə reys təşkil olunub. 38% sərnişin biletini onlayn qaydada “biletim.az” üzərindən əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*