Bayramovla Mirzoyan arasında  görüş olmayacaq – Rəsmi Bakıbackend

Bayramovla Mirzoyan arasında  görüş olmayacaq - Rəsmi Bakı

Şimali Makedoniyanın paytaxtı Skopyedə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.

KONKRET.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, 30 noyabr – 1 dekabr tarixlərində Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir.

Toplantıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*