Bazarda bahalaşmanın səbəblərindən biri bu imiş – VİDEObackend

Bazarda bahalaşmanın səbəblərindən biri bu imiş - VİDEO

Ötən ilin son 4-5 ayında kredit faizlərində artım müşahidə olunub. Mərkəzi Bankın məlumatına görə, artım cüzi olub və bu, dövlət xəzinə qalığının artımı ilə əlaqəlidir.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya iqtisadçı Rəşad Həsənov münasibət bildirib.

Onun sözlərinə görə, kredit faizlərinin az və ya çox artması dolayı yolla bazar və xidmət sahələrində də qiymət artımına səbəb olur:

“Buna səbəb isə xüsusən də biznes kreditlərinin faizlərinin artmasıdır. Çünki bu artım həmin dövr üçün istehsal olunan məhsulun maya dəyərinə təsir edir”.

Rəşad Həsənov bildirib ki, banklar faizlərdəki artımı qısamüddətli dövr üçün planlayıb: “Uzunmüddətli dövr üçün isə faiz dərəcələrinin artan yox, azalan istiqamətdə hərəkəti gözlənilir”.

Ekspert onu da qeyd edib ki, yanvar ayından etibarən artıq kredit faizlərində azalma müşahidə olunur. Bu isə orta dövrdə bazarda və xidmət sahələrində hiss olunacaq.

Daha ətraflı videomaterialı təqdim edirik:

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*