BDU tələbələrinin təqaüdləri niyə 4 aydır gecikib?backend

BDU tələbələrinin təqaüdləri niyə 4 aydır gecikib?

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin 1-ci kurs tələbələrindən biri (adının açıqlanmasını istəmir – red.) dünən redaksiyamıza müraciət ünvanlayıb. Bildirib ki, dörd aydan çoxdur təqaüdləri ödənilmir. O, tələbə kartlarının da hələ təqdim olunmadığını yazıb. Problemlə bağlı dekanlıq və rektorluqdan konkret heç bir cavab verilmədiyini də dilə gətirib. Və redaksiyamızdan problemin ictimailəşdirilməsini xahiş edib.

Beləliklə, KONKRET.az-ın müxbiri müraciətlə əlaqədar BDU-nun mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıb. Təəssüf ki, universitetin sözçüsü sorğularımıza cavab verməyib.

Bu gün tələbə ilə təkrar əlaqəmizdən sonra isə məlum olub ki, 4 aydır gecikən təqaüdlər artıq ödənilib. Gecikmələrə səbəb kimi isə texniki problemlər əsas gətirilib. Hər halda adının anonim qalmasını xahiş edən tələbə belə açıqlama verib.

Mətbuat xidmətinin rəhbəri Kəmalə xanımdan isə redaksiyamızın sorğusuna yazı çapa hazır olana qədər heç bir reaksiya gəlməyib. Əvəzində xanım Əliyeva çox çevik tərpənərək, məsələ böyüməmiş problemi tez bir zamanda həll edə bilib. Necə deyərlər, bir işi yarıtmasa da, o biriylə başara bilib!

Bünyamin Bünyadzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*