Bəhreyn ABŞ-dan “F-16 Block 70” qırıcıları alıbbackend

Bəhreyn ABŞ-dan "F-16 Block 70" qırıcıları alıb

Bəhreyn Hərbi Hava Qüvvələri ilk dəfə Amerikanın “F-16 Block 70” qırıcılarını qəbul edib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Bəhreynin rəsmi xəbər agentliyi BNA bildirib.

Qeyd edilir ki, Bəhreyn Krallığı Hərbi Hava Qüvvələri ən qabaqcıl döyüş təyyarəsi modellərindən biri olan “F-16 Block 70″i alıb.

“F-16 Block 70” tipli qırıcılarının Bəhreyn Hərbi Hava Qüvvələrinin tərkibinə daxil edilməsi Kral Şeyx Həməd bin İsa Al Xəlifənin göstərişi ilə ölkənin müdafiə qüvvələrinin modernləşdirilməsi və inkişafı çərçivəsində həyata keçirilib.

Bəhreynin ABŞ-dan aldığı “F-16 Blok 70″lərin sayı barədə məlumat verilmir.

Qeyd olunur ki, krallıq bu tip təyyarələri istifadəyə verən ilk ölkə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*