“Nə qədər ki, nəfəs alırıq, mübarizə aparmaq üçün hələ gec deyil”.
KONKRET.az xəbər verir ki, bunu yeni yaradılmış “Ana Ermənistan” xalq hərəkatının üzvü Ovannes Arutyunyan müsahibə zamanı bildirib.
“Əslində 2018-ci ildən gecikmişik. İndi bel sütunumuz qırılıb və çayda boğulmağa davam edirik. Belə bir vəziyyətdə gecikdiyimizi söyləmək qəbuledilməzdir.
Nə qədər ki, nəfəs alırıq, birləşmək imkanımız var, mübarizə aparmaq üçün hələ gec deyil. Gecikmişik, heç nəyi dəyişmək mümkün deyil demək olmaz. Hər şey ola bilər”, – Arutyunyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az