Belarus xarici borc öhdəliklərini yerinə yetirməyib.
KONKRET.az xəbər verir ki, bu barədə Moody’s Beynəlxalq Reytinq Agentliyi bildirib.
Agentlik qeyd edib ki, çərşənbə günü Belarusa qoyulan güzəşt müddəti başa çatıb və bu müddət ərzində ölkə “Belarus-27” avrobondları üzrə 22,9 milyon dollar ödəməli olub.
Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirib, bunun nəticəsində xarici borc sahibləri ödənişləri ala bilməyib.
Agentliyin fikrincə, bu, defoltun başlanması deməkdir.
İqbal Rzayev,
KONKRET.az