Belarus Tixanovskayanın bank hesabını dondurdubackend

Belarus Tixanovskayanın bank hesabını dondurdu

Belarus Dövlət Bankı müxalifət lideri Svetlana Tixanovskayanın bank hesabını dondurub.

KONKRET.az xəbər verir ki, bu barədə müxalifətçinin Teleqram hesabında məlumat yayılıb.

Məlumata görə, bankdan Tixanovskaya bildirilib ki, sözügedən addım terror aktlarında iştirak edənlərin siyahısına daxil olan şəxslərin hesablarının dondurulması tədbirləri çərçivəsində atılıb.

Qeyd edək ki, ötən həftə Belarus Dövlət Təhlükəsizlik Komitəsi müxalifət liderləri Svetlana Tixanovskayanı terror fəaliyyəti ilə məşğul olan şəxslərin siyahısına salmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*