Bir qrup Belarus Respublikası vətəndaşının Azərbaycan dövlət sərhədinin buraxılış məntəqəsindən keçməklə İrandan Azərbaycana təxliyə olunub.
KONKRET.az xəbər verir ki, təxliyə olunan qrup üzvləri arasında azyaşlılar da var.
Qeyd edək ki, gün ərzində Azərbaycan sərhədi vasitəsilə öz ölkələrinə getmək istəyənlərin təxliyəsi davam edir. Son bir neçə gün ərzində İranda baş verən gərginliklə əlaqədar bir neçə ölkənin vətəndaşları Azərbaycandan öz vətənlərinə qayıdıblar.