Belarusa qaçan polşalı əsgərə cinayət işi açıldıbackend

Belarusa qaçan polşalı əsgərə cinayət işi açıldı

Polşadan Belarusa qaçan əsgərə qarşı “Fərarilik” maddəsi ilə cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa Hərbi Jandarma İdarəsi tviterdə məlumat yayıb.

Adı açıqlanmayan əsgər bir ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onun hansı səbəbdən sərhədi pozaraq Belarusa keçdiyi açıqlanmır.

Artıq Belarusa qaçan polşalı əsgərin komandirləri işdən çıxarılıb. Polşalı hərbçi Belarusdan siyasi sığınacaq da istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*