Belçika İsrailə hərbi təchizatları dayandırdıbackend

Belçika İsrailə hərbi təchizatları dayandırdı

Belçika məhkəməsi Flandriya regional hökumətini İsrailə hərbi təyinatlı malların tranzitini dayandırmağa məcbur edib. Bu barədə The Guardian məlumat yayıb.

KONKRET.az xəbər verir ki, qadağa hərbi məqsədlərlə istifadə oluna biləcək məhsullara, o cümlədən mülki təyinatlı olmadığı sübuta yetirilməyən müdafiə komponentlərinə aiddir.

Xüsusilə, Merkava tankları və Namer zirehli döyüş maşınları üçün transmissiyalar istehsal edən İsrailin Ashot şirkətinə göndərilməli olan konusvari podşipniklər konteyneri Antverpen limanında saxlanılıb.

Bundan əlavə, ABŞ-ın Timken şirkətinə məxsus bir neçə poddon podşipnik də gömrükdə gecikdirilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*