Belçikada bir çox dövlət və özəl sektor işçisi federal hökumətin planlaşdırdığı “qənaət” tədbirlərinə, o cümlədən işsizlik və pensiya kimi sosial xərclərin azaldılmasına etiraz olaraq tətilə çıxıb.
KONKRET.az xəbər verir ki, genişmiqyaslı tətil səbəbindən ölkə daxilində müxtəlif xidmətlər əhəmiyyətli dərəcədə dayandırılıb.
Xüsusilə, hava limanlarında təhlükəsizlik işçilərinin və baqajların daşınmasını həyata keçirən əməkdaşların tətili ölkədə hava nəqliyyatına mənfi təsir göstərib.
Belçikanın Brüssel və Şarlerua hava limanlarında bütün uçuşlar ləğv edilib.
Aynurə İsmayıl
KONKRET.az