“Belə suallar mənə pis təsir edir, gəlin, mala özünüz baxın” – Bakı Tikiş Evinin satış müdiribackend

“Belə suallar mənə pis təsir edir, gəlin, mala özünüz baxın” - Bakı Tikiş Evinin satış müdiri

Məktəbli formalarının qiymətində azalma var. Belə ki, ötən illə müqayisədə builki qiymətlərdə 5 manat ucuzlaşmanın olduğu bildirilir. Ötən il 25 manata satılmış şalvar və ətəklərin qiyməti 20 manata, 20 manata olan köynəklər isə 15 manata təklif olunur.

Ancaq sosial şəbəkələrdə qiymət ucuzlaşmasının keyfiyyət fərqi yaradacağı barədə narahatlıqlar ifadə olunur.

Bəs narahatlıqların əsası varmı?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib ki, ucuzlaşmanın keyfiyyətə heç bir təsiri olmayacaq:

“Məktəbli formasının qiymətlərindəki endirimin tək səbəbi saxta formaların ucuz satılmasıdır. Biz qiymətləri endiririk ki, gəlib bizim formaları alsınlar. Qiymətin keyfiyyətə təsir etdiyini deyən valideyn isə bizim müəssisəyə yaxınlaşsın, malımıza baxsın, yoxlasın, laboratoriyaya versin. Biz rəsmi idarəyik. Belə suallar mənə pis təsir edir. Qiymətləri öz gəlirimizin hesabına endiririk. Bu gün “Sədərək bazarı”nda olan məktəbli formaları 10 il müddətinə bütün Azərbaycana bəs edər. Gedib ora baxın, görün nə qədər saxta formalar var. Paltarı əlinə alan kimi görürsən ki, keyfiyyətsizdir. Sonra da gəlin, bizim məhsullara baxın”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*