“Bütün dövlət rəmzlərini dəyişdirmək lazımdır” –  Keçmiş nazirdən Paşinyana DƏSTƏKbackend

"Bütün dövlət rəmzlərini dəyişdirmək lazımdır" -  Keçmiş nazirdən Paşinyana DƏSTƏK

“Ermənistanın gerbinin dəyişdirilməsi üçün referendum lazımdır, amma indi bunun vaxtı deyil”.

KONKRET.az xəbər verir ki, Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan sosial şəbəkə hesabında Nikol Paşinyanın dövlət rəmzləri mövzusunda son açıqlamasını şərh edərkən belə yazıb.

O, hesab edir ki, Ermənistanın dövlət gerbinin dəyişdirilməsi üçün Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirmək lazımdır.

“Blkə də bütün dövlət rəmzlərini dəyişdirmək lazımdır, amma indi bunun vaxtı deyil. Ağrı dağına gəlincə, bu dağ erməni xalqı üçün mühüm ideoloji simvoldur”, – deyə Danielyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*