Belqorod vilayəti üzərində Ukrayna PUA-sı vuruldu – Rusiya MNbackend

Belqorod vilayəti üzərində Ukrayna PUA-sı vuruldu - Rusiya MN

Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayəti üzərində Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullarla, o cümlədən PUA-larla hücuma keçir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*