Berbok lehinə, Şolz əleyhinədir – Ukrayna isə əziyyət çəkirbackend

Berbok lehinə, Şolz əleyhinədir - Ukrayna isə əziyyət çəkir

Almaniyanın xarici işlər naziri Annalena Berbok (Yaşıllar) Ukraynaya TAURUS uzun mənzilli qanadlı raketlərin tədarükünü dəstəklədiyini deyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə Bloomberg-ə müsahibəsində danışıb.

Xatırladaq ki, kansler Olaf Şolz (SPD) raketlərin Ukraynaya verilməsinə qarşı çıxır.
Berbok qeyd edib ki, Berlinin Kiyevə hərbi dəstəyi infrastrukturu qorumaq üçündür.
“Biz demokratik ölkəyik, koalisiyamızda birliyimiz yoxdur (hakim koalisiyaya SPD, Yaşıllar və FDP daxildir), ona görə də biz TAURUS göndərmirik”, – Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Raketlərin göndərilməsinə şəxsən dəstək olub-olmadığını soruşduqda, nazir “Hər şey göz qabağındadır” cavabını verib.
Yeri gəlmişkən, Şolz Rusiya ilə birbaşa münaqişədən qorxduğu üçün TAURUS-u Ukraynaya göndərməkdən imtina edir.

Aysu İbrahimova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*