Bərdədə 17 yaşlı qız qaçırıldı – 4 nəfər SAXLANILDIbackend

Bərdədə 17 yaşlı qız qaçırıldı - 4 nəfər SAXLANILDI

Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyun ayının 9-da axşam radələrində rayonun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*