Bərdədə arvadı tərəfindən döyülən 80 yaşlı kişi ÖLDÜbackend

Bərdədə arvadı tərəfindən döyülən 80 yaşlı kişi ÖLDÜ

Bərdədə arvadı tərəfindən döyülən, bədəni ütü ilə yandırılan 80 yaşlı kişi ölüb.

KONKRET.az-ın məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən rayonun Gərənə kənd sakini Hidayət Cəfərov yerləşdirildiyi Bərdə Rayon Xəstəxanasında vəfat edib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, Hidayət Cəfərovun övladları onun ikinci həyat yoldaşı Serbiya Cəfərova tərəfindən vəhşicəsinə döyüldüyünü, bədəninin ütü ilə yandırıldığını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*