Berdiməhəmmədov, Mirziyayev və Əsədov görüşdübackend

Berdiməhəmmədov, Mirziyayev və Əsədov görüşdü

Avazada Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında üçtərəfli görüş keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan Xalq Məsləhətinin sədrinə və Özbəksitanın dövlət başçısına çatdırıb.

Qurbanqulu Berdiməhəmmədov və Şövkət Mirziyayev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlıqlarını bildiriblər, onların da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş ediblər.

Qurbanqulu Berdıməhəmmədov və Şövkət Mirziyayev Azərbaycanın Mərkəzi Asiya ölkələri ailəsində, Dövlət başçılarının Məşvərət şurasında xüsusi yerinin olduğunu, Azərbaycan Prezidentinin bu istiqamətdə çox iş gördüyünü vurğulayıb və Azərbaycanın region ölkələri ilə birlikdə Avrasiya, habelə bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Q.Berdiməhəmmədov Mərkəzi Asiya ölkələri və Azərbaycan formatının artıq faktiki olaraq mövcud olduğunu, bu əməkdaşlığın günün tələbinə çevrildiyini və bu formatın daimi praktikaya çevrilməsinin zəruriliyini qeyd edib.

Türkmənistan Xalq Məsləhətinin sədri Prezident İlham Əliyevin Azərbaycan-Türkmənistan-Özbəkistan formatında əməkdaşlığı vacib saydığını qeyd edib və bu görüşü belə bir yeni formatın əsasının qoyulması kimi qiymətləndirib.

Üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.

İqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat, logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə Füzuli rayonunda məscidin tikintisi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*