“Betis” – “Çelsi” finalının hakimləri bəlli oldubackend

“Betis” - “Çelsi” finalının hakimləri bəlli oldu

UEFA Konfrans Liqasının finalında keçiriləcək “Betis” (İspaniya) – “Çelsi” (İngiltərə) matçının hakimləri bəlli olub.

KONKRET.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oyunu İrfan Peltonun (Bosniya və Herseqovina) rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək.

Ona yan xətdə Senad İbrisimbeqoviç və Davor Beljo kömək edəcək. 4-cü hakim funksiyasını isə türkiyəli Halil Umut Meler yerinə yetirəcək.

Qeyd edək ki, mayın 28-də Polşanın Vrotslav şəhərindəki “Wroclaw Stadium”da keçiriləcək həlledici qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*