İctimai fəal Bəxtiyar Hacıyevin məhkəmə zalından fotosu yayılıb.
KONKRET.az-ın xəbərinə görə, fotonu hüquq müdafiəçisi Rüfət Səfərov paylaşıb.
Qeyd: Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.