Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev feysbukda bildirib.
Sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, “Bəyin oğurlanması” filmində mərhum Xalq artisti Arif Quliyev “Miriş”, aktrisa Naibə Əlibəyova isə “Gülbadam” obrazında çəkilib. Hər iki sənətkarın iştirak etdiyi məşhur “Salam-sağol” səhnəsini çoxları xatırlayır.
Allah rəhmət eləsin!