Beyləqan şəhərində bazarda baş vermiş yanğın tam söndürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb”, – qurumun mətbuat xidməti diqqətə çatdırıb.