Beyləqanda qadın qətlə yetirildi, 23 yaşlı oğlan saxlanıldıbackend

Beyləqanda qadın qətlə yetirildi, 23 yaşlı oğlan saxlanıldı

Beyləqanda qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Beyləqan rayonunun Bolsulu kəndində qeydə alınıb.

İyulun 15-də gecə 1967-ci il təvəllüdlü Bəsti Həsənovaya yaşadığı evdə xəsarətlər yetirilib. Qadın xəstəxanaya çatdırılıb və iyulun 16-da orada ölüb.

Hadisəni törətməkd şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*