Beynəlxalq Federasiyadan Azərbaycan bayrağının yandırılmasına SƏRT REAKSİYAbackend

Beynəlxalq Federasiyadan Azərbaycan bayrağının yandırılmasına SƏRT REAKSİYA

Ağır çəkili idmançılar artıq öz ölkələrinin bayrağı ilə səhnəyə çıxa bilməzlər.

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Calud Asiya çempionatı ərəfəsində məlumat verib.

O bildirib ki, ağır çəkili idmançılara artıq öz ölkələrinin bayrağı ilə səhnəyə çıxmaq qadağan olunur.

Calud qeyd edib ki, belə bir qərara ötən ay İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasından sonra gəlinib.

“Bu idmandır, biz sülhü təmsil edirik, bura kimin daha yaxşı olması ilə bağlı mübahisə yeri deyil”, – Calud deyib.

Bayraqlar mükafatlandırma mərasimi zamanı idmançıların əlində deyil, görüntü kimi ekranda nümayiş etdiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*