“Beynəlxalq ictimaiyyət İsrailə təzyiq göstərməlidir, əks halda…” – Oxfambackend

"Beynəlxalq ictimaiyyət İsrailə təzyiq göstərməlidir, əks halda..." - Oxfam

Beynəlxalq xeyriyyə təşkilatı Oxfam, İsrailin Qəzzaya humanitar yardım göndərməsini dayandırmasını kollektiv cəzalandırma olaraq qiymətləndirib.

KONKRET.az-ın məlumatına görə, təşkilatın sözçüsü dünya ictimaiyyətini dərhal İsrailə təzyiq göstərməyə çağırıb.

Bildirilib ki, humanitar yardım münaqişə tərəflərinə təzyiq vasitəsi deyil, mülki şəxslərin həyatını xilas etmək üçün əsas hüquq olmalıdır:

“Qəzza sakinləri içməli su, qida, gigiyena məhsulları və su ilə elektrik təminatını bərpa edəcək avadanlıqlara təcili ehtiyac duyurlar. Atəşkəsdən sonra vəziyyət yaxşılaşsa da, Qəzza regionundakı vəziyyət hələ də çox kritikdir. Yardım insanlara bir qədər rahatlıq gətirsə də, bu, yalnız bir damladır”, – deyə təşkilat qeyd edib.

Aysu İbrahimova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*