Xarici səyyahlar Kəlbəcərdən sonra Laçında – YENİLƏNİBbackend

Xarici səyyahlar Kəlbəcərdən sonra Laçında - YENİLƏNİB

Beynəlxalq səyyahlar qrupunun Laçına səfəri başlayıb.

KONKRET.az xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.

30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə onlara məlumat veriləcək.

09:54

Beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

KONKRET.az xəbər verir ki, 12 ölkə – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisu ilə tanış olacaqlar.

Qonaqlar ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar. Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcəklər.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin ötən gündən Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.//apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*