
Beynəlxalq Türk Akademiyası L.N. Qumilyov adına Avrasiya Milli Universiteti ilə birgə “Türk dünyasının ilk qadın hüquqşünası – Sürəyya Ağaoğlu” mövzusunda beynəlxalq seminar təşkil edib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbir S.Ağaoğlunun 120 illik yubileyinə həsr olunub. Tədbirin məqsədi həyatını qadınların qanuni hüquqlarının müdafiəsinə həsr etmiş Sürəya Ağaoğlunun keçdiyi həyat yolu ilə iştirakçıları tanış etmək, həmçinin türk ziyalılarından – müasirləşmə ideyasına xidmət etmiş qadınlardan bəhs etməkdir.
Tədbirdə Türk Akademiyasının nümayəndələri, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türkiyə səfirliyinin diplomatları, Avrasiya Milli Universitetinin elm, kommersiya və beynəlmiləlləşdirmə üzrə prorektoru iştirak ediblər. Janna Kurmanqaliyeva, “Əhmədbek Ağaoğlu” Elmi Tədqiqat Mərkəzinin direktoru Nigar Axundova, Avrasiya Milli Universitetinin Konstitusiya və mülki hüquq kafedrasının professoru Camaladen İbrahimov, Astana Beynəlxalq Universitetinin baş müəllimi, Ali Hüquq Məktəbinin dekanının müşaviri Tokjan Sadıqov, o cümlədən ictimai və dövlət xadimləri, hüquqşünas alimlər, ziyalıların nümayəndələri iştirak ediblər.