Beynəlxalq Valyuta Fondu: “Gələn il Azərbaycanda iqtisadi artım olacaq”backend

Beynəlxalq Valyuta Fondu: "Gələn il Azərbaycanda iqtisadi artım olacaq"

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz, ümumi daxili məhsulun nominal həcmi 54,73 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatına istinadən məlumat verir.

2023-ci ildə isə ÜDM-in 2,6 faiz artacağı proqnozlaşdırılır.

Proqnozlara əsasən, gələn il Azərbaycanın ÜDM-in nominal həcmi 55,98 milyard, 2024-cü ildə 57,6 milyard, 2025-ci ildə 59,56 milyard, 2026-cı ildə 61,8 milyard dollar təşkil edəcək

Qeyd edək ki, BVF-nin ötən ilin oktyabrında dərc olunan “World Economic Outlook” hesabatında Azərbaycan ÜDM-nin 2,3 faiz səviyyəsində artacağı proqnozlaşdırılmışdı. /Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*